Azərbaycan AEBA ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentli (AEBA) ilə əməkdaşlıq məsələlərini müzakirə edib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, MünxenTəhlükəsizlik Konfransı çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Grossi ilə səmərəli görüş olub.

“Paris Sazişi çərçivəsində enerji planlaşdırılmasına dair Anlaşma Memorandumunun icrası, bu xüsusda Agentliklə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik”, deyə P. Şahbazov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə