Azərbaycanda ödəniş bazarı iştirakçıları gələcəkdə müxbir hesab aça biləcək

Yaxın gələcəkdə Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul və ödəniş təşkilatlarına müxbir hesab açmaq üçün şərait yaradacaq. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, AMB üçün ən vacib məsələ müştərilərin pul vəsaitlərinin təhlükəsizliyini təmin etməkdir, odur ki, ödəniş bazarı iştirakçıları ilə birgə fəaliyyətin təşkil edilməsi məqsədəuyğundur.

"Hazırda elektron pul və ödəniş təşkilatları hesablaşmanı sistem əhəmiyyətli ödəniş sistemləri vasitəsilə həyata keçirir və banklardan asllı vəziyyətdədir. Məqsədimiz odur ki, ödəniş bazarı iştirakçıları hesablaşmaları müstəqil formada yerinə yetirsinlər. Bu isə o deməkdir ki, onlar AMB-də sistem əhəmiyyətli ödəniş sistemlərində müxbir hesab açmalıdırlar. Hazırda bunun tez olduğunu düşünürük, ammma gələcəkdə müxbir hesabın açılmasına şərait yaradılacaq", - deyə AMB rəsmisi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə