2024-cü ildə ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı

2024-cü ildə Azərbaycanda ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı açıqlanıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Bildirilir ki, vergi orqanları tərəfindən şəffaflaşmanın, vergi intizamının və sosial məsuliyyətin artırılması istiqamətində aparılan islahatlar dövlət və özəl sektor arasında qarşılıqlı etimadın yüksəlməsini təmin edir. Sahibkarların vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsini artıran bu addımlar biznes mühitində məzmunca yeni mərhələyə keçidi sürətləndirir.

DVX 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin adlarını açıqlayır.

Siyahı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar

Bütün xəbərlər Facebook səhifəmizdə