Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 100 milyon ABŞ dolları və yaxud 20 % artırılaraq 500 milyon ABŞ dollarından 600 milyon ABŞ dollarına çatdırılıb. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev məlumat verib.
Onun sözlərinə görə, artım Macarıstanın Fonda qoşulması nəticəsində olub.
Xatırladaq ki, Türk İnvestisiya Fondunu ötən il mayın 18-də İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yaradıb. Fond türkdilli ölkələrdə həm dövlət, həm də özəl sektordakı layihələrə texniki dəstək verilməsi, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi sahələrə investisiyaların artırılması və davamlı iqtisadi inkişafa töhfə verilməsi məqsədi ilə təsis olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə