2024-cü ildə Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 65,6 Mbit/s təşkil edib. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu, 2023-cü illə müqayisədə 30,3 Mbit/s və ya 2,2 dəfə çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə