Dayanıqlı iqtisadi inkişafda vergi xidmətinin böyük rolu var - NAZİR

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi xidmətinin böyük rolu var. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.

"Qarşımızda duran vəzifələr arasında iqtisadi inkişaf vəzifəsinin rolu artır. Bu vəzifənin icrasında funksional vergi sisteminin böyük əhəmiyyəti var", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə