İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ISO 10002:2018 “Keyfiyyətin idarə edilməsi, Müştəri məmnuniyyəti, Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib. SİA KOBİA-ya istinadən xəbər verir ki, bu beynəlxalq standart şikayətlərin quruma daxil olması, onların nəzərə alınması, həlli və cavablandırılması prosesini qiymətləndirir, şikayətlərə baxılması işinin daha effektiv həyata keçirilməsi üzrə tələbləri müəyyən edir.
2024-cü ilin sonlarında başlayan sertifikatlaşma prosesi çərçivəsində Agentliyin müvafiq sahədə prosedurları və iş təcrübəsi daha da təkmilləşdirilərək beynəlxalq standartın tələblərinə uyğyunlaşdırılıb, KOBİA-nın aidiyyəti struktur bölmələrinin əməkdaşları təlimlərə cəlb olunub.
Sertifikat KOBİA-da sahibkarların şikayətlərinə baxılması prosesinin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə və sahibkar məmnunluğunun daha da artırılmasına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə