İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındakı "Suraxanı Maşınqayırma Zavodu" ASC "Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu" ASC-nin ona qoşulması ilə əlaqədar yenidən təşkil edilir. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 411 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Suraxanı Maşınqayırma Zavodu" 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 17,532 milyon manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə