Bakıda qazma üzrə beynəlxalq sərgi və konfrans keçirilir

Bu gün Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyası tərəfindən təşkil edilən “IADC Drilling Caspian 2025” qazma sərgisi və konfransı işə başlayıb. SİA xəbər verir ki, tədbirdə sənaye liderləri və qazma mütəxəssisləri problemlərin müzakirəsi və qabaqcıl təcrübə və praktikanın mübadiləsi üçün iştirak edirlər.

Fevralın 8-dək davam edəcək “IADC Drilling Caspian 2025” sərgi-konfransında qazmanın avtomatlaşdırılması da daxil olmaqla, qabaqcıl texnoloji nailiyyətlər, müvafiq texniki inkişafın tematik tədqiqatları və neft-qazın Xəzər regionuna təsiri təqdim olunacaq.

Tədbirdə həmçinin təhlükəsizlik və təlim yanaşmalarının inkişafı işıqlandırılacaq, sağlamlıq, əmək və ətraf mühitin mühafizəsi göstəricilərinin yaxşılaşdırılması üçün istifadə edilə bilən yeni alətlər və proseslər haqqında praktiki məlumat veriləcək.

Qeyd edək ki, Beynəlxalq Qazma Podratçıları Assosiasiyası (IADC) 1940-cı ildə yaradılıb və dünya neft hasilatı/neft-qaz sənayesində və qazma işlərinin aparılması tələb olunan digər sahələrdə fəaliyyət göstərən şirkətlərin maraqlarını təmsil edən yeganə qurumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə