Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində görülən işlər müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Torğul Əliyev IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər həmçinin maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, IMF-in maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi, missiyanın hazırladığı bəyanatın əsas istiqamətləri, eləcə də AMB və IMF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə