Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb

Milli Məclis Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-dək uzadılmasına dair qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti əvvəlcə 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə