Elektrik avtomobillərinin üstün və mənfi tərəfləri BƏLLİ OLDU - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI
"Elektrik avtomobillərlə bağlı ölkə səviyyəsində təbliğat aparılır. Əsas hədəf bu tipli nəqliyyat vasitələrinə marağı artırmaqdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliiyat üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bu maşınlara marağın artmasının əsas səbəblərindən biri havada olan karbon dioksid emisyalarının azaldılması üçün elektrik avtomobillərinin rolunun böyük olmasıdır: "Sadəcə dövrümüzə yeni bir icad kimi həyatımıza daxil olan bu avtomobillərin də təbii ki, müəyyən problemləri, nöqsanları var. Elektrik avtomobillər mobil telefon kimi bir texnologiyadır. Biz onu təzə-təzə istifadə etdikdə onun enerji tutumu daha çox olur, amma müəyyən bir müddət keçdikdən sonra enerji səviyyəsi azalır. Çünki bu avtomobillər istifadə olunduqca bu proses belə olmalıdır və biz buna təbii proses kimi də baxa bilərik. Amma buna insanların narahat olduğu bir proses kimi də baxa bilərik ki, niyə bu avtomobillər belə olmalıdır. Ola bilsin ki, gələcəkdə elə bir texnologiya çıxar ki, bu problem aradan qalxmış olar. Eləcə də gələcəkdə tamam yeni bir sistem ortaya çıxa bilər heç elektrik deyil tamam başqa bir vasitə olan Hidrogenlə çalışan avtomobil istehsal oluna bilər. Bu məsələlər gələcəyin məsələlərdir amma bizdə gözləyirik və ümid edir ki, daha üstün texnologiyalar ortaya çıxacaq.
Elektrik avtomobillər isə bu gün ən müasir, ən son texnologiyalı vasitədir. İmkanı olan hər kəsdən gözləyirik ki, bu avtomobillərə keçid etsin. Birincisi həm təzə avtomobildir, yəni elektrik avtomobili alırsınızsa ili təzə avtomobildir. İkincisi isə belə desək ətraf mühitə zərər vurmur. Sadəcə eletrik doldurma stansiyalarının yoxluğu, servis usta xidmətinin hələ də tam formalaşmaması müəyyən çətinliklər yaradır. Ümid edir ki, bu çətinliklər də aradan qalxar".
Bütün xəbərlər Facebook səhifəmizdə