Azərbaycan Türkiyə və Özbəkistanla müzakirə aparıb

Azərbaycan Türkiyə və Özbəkistanla rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Həmkarlarla birlikdə Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət-iqtisadiyyat və nəqliyyat-infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək xoş oldu. Ölkələrimizin iqtisadi əməkdaşlığını dərinləşdirmək, qarşılıqlı ticarət həcmlərini artırmaq, özəl sektorları yeni investisiya layihələri həyata keçirməyə təşviq etmək, rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirdik. Birgə fəaliyyətimizi gücləndirmək üçün növbəti addımları müəyyənləşdirdik”, - deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə