"Azərbaycan Hava Yolları" QSC (AZAL) eksklüziv satış agenti olan "Silk Rovv Travel" MMC-ni mülkiyyətinə keçirib. SİA bu barədə aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Adı çəkilən şirkət "Silk Vey Holdinq" MMC-yə daxil idi.
Hesabata əsasən, ötən il mayın 1-də AZAL simvolik məbləğ - 50 manat ödəməklə xalis öhdəliyi 7 703 manat (audit edilməmiş) olan "Silk Rovv Travel"i törəmə müəssisə kimi əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə