Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 240 əməkdaşının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar təkliflərini fevralın 19-na qədər “Azərkosmos”un yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 19-da, saat 08:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, ötən il bu tenderin qalibi "Azərbaycan Sənaye Sığorta" ASC olub. Şirkətə 84,5 min manat ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə