Yanvarın 24-də Dövlət Gömrük Komitəsinin 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya verilən məlumata görə İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ölkədə həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq 2024-cü ildə bütün sahələrdə olduğu kimi gömrük sistemində də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılıb.
Qeyd olunub ki, cari ildə də xidmət səviyyəsinin yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əlçatanlığın, şəffaflığın təmin olunması istiqamətində gömrük orqanları qarşısında müəyyənləşdirilən tapşırıqların icrası davam etdiriləcək.
Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin “2025-2030-cu illər üçün İnkişaf Strategiyası” əsasında tərtib olunan 2025-ci il üçün İş Planı müzakirə edilərək təsdiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə