Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 9 % artıb
2024-cü ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 12 milyard 508,3 milyon ABŞ dolları dəyərində 5 milyon 916 min ton yük beynəlxalq yük daşımaları həyata keçirilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3,3 % və 9 % çoxdur.
Ötən il avtomobil nəqliyyatı ilə 10 milyard 404,5 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 1,3 % çox) dəyərində 3 milyon 592,4 min ton (5,7 % çox) yük idxal edilib, 2 milyard 103,8milyon ABŞ dolları (15 % çox) dəyərində 2milyon 323,6 min ton (14,6 % çox) yük ixrac olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə