Azərbaycan Mərkəzi Bankı (AMB) "Merano-Baku" ASC və "VMF” şirkətinin hər birini 2 000 manat cərimələyib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə