"Turan Bank” və onun vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Turan Bank” ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə görə, Bank 20 min manat, 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə onun vəzifəli şəxsi 10 min manat cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə