Havanın çiriklənməsinə təsir edən amillər nələrdir? -EKOLOQ AÇIQLADI

“Böyük şəhərlərin havasının çirklənmə səviyyəsi mexanizmi həmin şəhərlərin havası durumu və tərkibində olan kimyəvi maddələrin nəzarəti ilə o ölkənin Ekologiya Nazirliyi məşğul olur. Nazirliklərin şəhərin müxtəlif yerlərində stasionar və yarım-stasionar qurğuları olur. Hava oksigenin qəbulu, karbon və digər kimyəvi maddələri öyrənmək üçün ondan istifadə edirlər. Buda ümumi şəhərin hava vəziyyəti haqqında təsəvvür yaradır. Bakıda dəniz səviyyəsinin aşağı olması, havada karbon və kükürd kimi zərərverici maddələrin artmasına səbəb olur. Həmçinin bu çox kəskin şəkildə sağlamlığa təsir edir”. Bu sözləri ekoloq Ənvər Əliyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların xüsusi idarələri vardır ki, onlar qeydiyyatdan keçərək qeyri-hökümət təşkilatları kimi bu işlərlə məşğul olmağa başlayırlar: “Bir neçə il bundan qabaq İngiltərənin qeyri-hökümət təşkilatı Xəzər universitetində Azərbaycan nümayəndələri ilə birlikdə "hava keyfiyyəti" ilə bağlı seminar keçirdilər. Seminar "Səhiyyə və çirklənmə üzrə fəaliyyət planında" HPAP "Azərbaycanda havanın ən ciddi ekoloji problemləri kimi" müəyyənləşdirdiyi xəbərdarlığı oldu. Onlar bu sahədə olan problemləri bizə xatırlatdılar, həmçinin o barədə fikirləşməyi nəzərə çatdırdılar. Məsələ Azərbaycan ərazisinin bir çox yerlərində olmasına baxmayaraq, ən çox əhalisi olan Bakı şəhərində gedilməsini qeyd etdilər”.

Ekoloq həmçinin qeyd etdi ki, bu kimi qeyri-hökümət təşkilatları Azərbaycanın bəzi hissələrində, Çində, Afrikada çirklənmə şəraitini yaratmırlar: “Dünyanın əhalisi, texnikası, stasionar zavodları və s. çox olan şəhərlər üzrə bu məsələlər müzakirə olundu. Həmçinin nümunə olaraq " Hansı qaz, hansı səviyyədə çirklənmə yarada bilər?" sualına bu kimi cavablar həmin müzakirədə tapılır. Bizim Şəki-Zaqatala bölgələrində apardığımız tədqiqatların nəticələrinə görə müəyyən problemlər olduğu nəzərə çırpılırdı, lakin yolverilməz həddi keçməmişdi. Hal-hazırda isə Qəbələ rayonundan Qobustana qədər olan ərazinin hava durumu vəziyyətini öyrənəcik. Sonda bu barədə xəritə, monoqrafiya kimi yazılarımız hazır olacaq, amma bu barədə məqalələrimiz dərc olunub. Bakı şəhərinə gəldikdə isə onun relyefi, əhalisinin, nəqliyyat vasitələrinin çox olmağı bir çox problemlər yaradır”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə