Azərbaycan EBRD ilə kredit sazişi imzalayıb

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi” imzalanıb. SİA xəbər verir ki, sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar.

İmzalanma Davosda Azərbaycan Prezidenti İlham Əliyev EBRD-nin prezidenti Odile Reno-Basso ilə keçirilən görüş çərçivəsində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə