2024-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibində fəaliyyət göstərən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) 1 088 gəmi təmir edilib. SİA xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Təmir işlərindən 870-i səfərlərarası naviqasiya təmiri, 8-i əsaslı, 20-si tərsanə, 1-i cari olmaqla899-u ZGTTZ-nin, 100-ü səfərlərarası naviqasiya, 17-si əsaslı, 54-ü tərsanə, 18-si cari olmaqla 189-u BGTZ-nin payına düşüb.
Ötən il təmirə dayanan gəmilərdən 27-si kənar təşkilatlara aid olub.
Ümumilikdə son 5 ildə ASCO-nun gəmi təmiri zavodlarında 4 707 iş yerinə yetirilib. Bu dövrdə təmir edilən gəmilərdən 195-i kənar təşkilatlara məxsus olub.
Bütün xəbərlər Facebook səhifəmizdə