““Enterprise Azerbaijan” portalı ABŞ-ın Nevada Universiteti, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə regionun ən böyük startap məktəbi - “StartUp School 2” layihəsini həyata keçirib. “StartUp School 2 - AI for Green Solidarity” layihəsinə müraciət edən 121 startap arasından beynəlxalq ekspertlərin seçdiyi 41 ən yaxşı komandaya ABŞ, Almaniya, İngiltərə, CAR, Türkiyə, Rusiya və Azərbaycandan olan mentorlar tərəfindən təlimlər keçirilib”. SİA xəbər verir ki, bu sözləri İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyib.
Vüsal Qasımlı sözlərinə belə davam edib: “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2024-cü il ərzində hüquqi və fiziki şəxslərdən 1 747 müraciət daxil olub. Ümumilikdə 3 982 ədəd sertifikat verilib, 288,2 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
2024-cü ildə digər bir innovativ layihə “Qiymət İzləmə Tətbiqi”nin yaradılması ilə bağlı da kifayər qədər böyük işlər görülüb, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti ilə əməkdaşlıq edilib”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə