AMB daha bir şirkətə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “MMK-014” MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, hazırda Azərbaycanda "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital" və "Money Shop" MMC-lərlə birlikdə 7 hüquqi şəxs sözügedən lisenziyaya malikdir.

Xatırladaq ki, “MMK-014” 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi 2, ev 2, fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45, qanuni təmsilçisi Tural Məhərrəm oğlu Mikayılov, nizamnamə kapitalı isə 660 min manatdır. Bu məbləğ şirkətə paytaxtda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyət göstərməyə imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə