Not emissiyası 7 dəfəyə yaxın azalıb

2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 6,5 dəfə azalıb. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dekabr ayında isə büdcə xərclərinin icrası pul bazasının 1,7 % artımına səbəb olub. Bu orta günlük 1D AZIR indeksinin yanvarın ötən dövründə dekabrla müqayisədə 1,29 faiz bəndi düşərək 6,39 % təşkil etməsini şərtləndirib. Təminatsız bazarda aktivlik davam edir. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların məbləği dekabr ayında 627,3 milyon manat, bu ilin yanvar ayının ötən dövründə isə 290 milyon manat olub.

“Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər, bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. AMB hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının məbləğini kəskin azaldıb”- deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə