AMB və ADB 5 illik yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini təqdim edib - FOTO
Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini təqdim edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ADB-nin ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal ilə görüşüb. Görüş çərçivəsində Ölkə Tərəfdaşlıq Çərçivəsinin təqdimatı keçirilib, Azərbaycanın ADB ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub və əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB