Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlıq müzakirə olunub

Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı arasında bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlıq haqqında fikir mübadiləsi aparılıb. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr naziri Rəşad Nəbiyevin ölkəmizdə səfərdə olan BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazava ilə keçirdiyi görüşdə baş tutub. Tərəflər həmçinin əməkdaşlıq məsələlərini, ötən il Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində birgə fəaliyyəti nəzərdən keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə