İqtisadiyyat nazir Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş investisiya direktoru Konstantin Limitovski ilə enerji layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə edib. SİA xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“K.Limitovski ilə görüşmək xoş oldu. İnfrastruktur, enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə etdik. Səmərəli əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğuladıq”, - paylaşımda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə