Azərbaycanda ilk dibdərinləşdirən gəmi bu il hazır olacaq

Bakı Gəmiqayırma Zavodunda inşası davam edən “Damen Cutter (CSD) 650” tipli dibdərinləşdirən gəmi bu il tamamlanacaq. SİA xəbər verir ki, bu barədə Niderlandın gəmiqayırma şirkəti “Damen Shipyards Group”un nümayəndəsinə istinadən “DredgingToday” saytı məlumat yayıb.

“Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıq etməkdən məmnunuq. Onların komandası layihə üzərində peşəkarlıqla çalışır və məhsulun keyfiyyəti təsir edicidir. Xüsusilə də nəzərə alsaq ki, bu, Bakıdakı tərsanədə inşa edilən ilk belə gəmidir. Tikinti işlərinin hazırkı tempi bizi qane edir”, - deyə “Damen”in satış üzrə meneceri Aleksandr Şamray bildirib.

Qeyd edək ki, “Mühəndis Soltan Kazımov” adını daşıyacaq dibdərinləşdirən gəmi Bakı Limanı üçün tikilir. Bu cür işlər limanın genişləndirilməsi və son beş ildə Xəzər dənizinin səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə əlaqədar zəruri hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə