Yanvarın 13-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.86% – 42,297.12 bəndədək, S&P 500 indeksi 0.16% – 5,836.22 bəndədək artıb, Nasdaq indeksi isə 0.38% – 19,088.10 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 13-də FTSE 100 indeksi 0.29% – 8,224.19 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.30% – 7,408.64 bəndədək, Almaniyanın DAX indeksi 0.41% – 20,132.85 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.06% artaraq 1.0251 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə