296 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 296 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. SİA bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.

Yeni mənzillər seçim üçün 21 yanvar 2025-ci ildən etibarən açıq olacaq.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6 317 kirayə müqaviləsi bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə