Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında 21 778 aktiv vergi ödəyicisi olub. Bu barədə SİA-ya Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 40,5 % çoxdur.
O cümlədən, son 1 ildə muxtar respublikada aktiv ƏDV ödəyicilərinin sayı 28 % artaraq 548-ə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 13,1 % artaraq 6 025-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə