Bu ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 806,9 min təşkil edib. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvarın 1-i ilə müqayisədə 5,9 % çoxdur.
İl ərzində aktiv ƏDV ödəyicilərinin sayı isə 15,6 % artaraq 52,8 minə çatıb. Yanvarın 1-nə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,3 % artaraq 217,4 min olub.
Bütün xəbərlər Facebook səhifəmizdə