Azərbaycan bu il yanvarın 30-dan fevralın 1-nə qədər Hindistanın Mumbay şəhərində keçiriləcək “OTM Mumbai 2025” beynəlxalq turizm sərgisində iştirak edəcək. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb.
Sərgi "Jio" Dünya Konqres Mərkəzində təşkil ediləcək. Tədbirdə 60-dan çox ölkədən 1,6 min iştirakçısının və 40 mindən çox ziyarətçinin olacağı gözlənilir.
Agentlik yanında Azərbaycan Turizm Bürosunun Cənubi Asiya, Beynəlxalq Bazarlar və Biznes Tədbirləri üzrə Regional Meneceri Elman Məmmədov bildirib ki, OTM Azərbaycanın turizm sektoru üçün əsas sərgilərdəndir: “İOTM-də Azərbaycanı bir destinasiya kimi nümayiş etdirir və təbliğ edirik. Bu il əvvəlki illərlə müqayisədə daha çox tərəfdaş bizə qoşulur. Bütün turizm sənayesi sərgidə iştirak etməyə can atır və əminəm ki, həmin 3 gün çox məhsuldar olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə