İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Caspian Entertainment Company” MMC barəsində inzibati xəta protokolu tərtib edib. Bu barədə SİA Dövlət Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, şirkət əyləncə mərkəzində uşaqlar üçün giriş haqqını qiymət cədvəlində göstərilən məbləğdən baha hesablayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə