Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Yanvarın 7-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.42% – 42,528.36 bəndədək, S&P 500 indeksi 1.11% – 5,909.03 bəndədək, Nasdaq indeksi isə 1.89% – 19,489.68 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 7-də FTSE 100 indeksi 0.05% – 8,245.28 bəndədək azalıb, Fransanın CAC-40 indeksi isə 0.59% – 7,489.35 bəndədək, Almaniyanın DAX indeksi 0.62% – 20,340.57 bəndədək artıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.09% artaraq 1.0349 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə