Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Qaradağ rayonunun Ələt qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı bu gün saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. “Azəriqaz” İB-dən SİA-ya bildirilib ki, alternativ mənbədən istehlakçıların qaz təchizatının təmin olunması nəzərdə tutulur.

“Əks təqdirdə Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”,- deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə