Maliyyəyə çıxışın artırılması üzrə prioritetlər müzakirə edilib

Azərbaycanda maliyyəyə çıxışın artırılması üzrə müəyyən edilmiş hədəf göstəricilərin icrası, görülmüş işlər və qarşıda duran prioritetlər müzakirə edilib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, AMB ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri arasında “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görüş keçirilib. Görüşdə Strategiyada nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb, eyni zamanda, Strategiyada hədəf indikatorları olan bank aktivlərinin və kredit portfelinin artımının iqtisadi inkişafa və maliyyə sektorunun sabitliyinə təsirləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə