Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. SİA -nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə