AZAL Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarənin geri qayıtmasının səbəbini açıqlayıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb. SİA xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə