Azərbaycan Mərkəzi Bankı (AMB) "Paysis" MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması, eləcə də "Global İnnovations" MMC-yə icrası məcburi göstəriş verilməsi ilə bağlı qərar verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, ödəniş təşkilatı ödəniş sərəncamının icrasından əvvəl sərəncamın icra müddəti və nəzarət orqanının əlaqə məlumatlarının əlçatanlığının təmin edilməsi, ödəniş sərəncamından sonra isə ödəniş xidməti istifadəçisinin məlumatlandırılması zamanı ödəniş əməliyyatlarının icrası üzrə ödənilən xidmət haqlarının məbləği barədə məlumatın təqdim edilməsi istiqamətində verilmiş icrası məcburi göstərişin vaxtında icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə müvafiq olaraq 1 min manat məbləğində cərimə edilib.
Bundan başqa, "Global İnnovations"a məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq icrası məcburi olan göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə