Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması müzakirə edilib - FOTO
Azərbaycan Mərkəzi Bankında (AMB) maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının pozulmasının qarşısının alınması müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumda "Azərbaycan Banklar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası", "Azərbaycan Fintex Assosiasiyası", "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliklərinin nümayəndələri ilə maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın gücləndirilməsi məqsədilə görüş keçirilib.
Görüş çərçivəsində assosiasiyalarda maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi üzrə işçi qrupların fəaliyyət göstərməsi, işçi qruplar vasitəsilə istehlakçı müraciətlərinin təhlil edilməsi, onların hüquqlarının pozulmasının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi və müvafiq birgə işlərin həyata keçirilməsi müzakirə olunub. Eyni zamanda, qeyd olunan istiqamətdə işlərin daha da səmərəli həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə