“Azərxalça” auditor seçib

“Azərxalça” ASC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 3,9 min manat ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə