Azərbaycan neftinin qiyməti 75 dollara enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,13 ABŞ dolları və ya 1,48% azalaraq 75 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,13 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə