Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 46 milyard 033 milyon kubmetr təbii qaz hasil edilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 35 milyard 115,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4,1 %, əmtəəlik qaz hasilatı isə 5,9 % artıb.

Ötən 11 ay ərzində Azərbaycanda 26 milyon 570,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 26 milyon 510,6 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2023-cü ilin 11ayı ilə müqayisədə 4,1 %, əmtəəlik neftin həcmləri isə 3,9 % azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə