Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Abbas Kredit İttifaqı", "Amin Kredit İttifaqı" və "Azərmaliyyə Kredit İttifaqı" MMC-lərin lisenziyası ləğv olunub. SİA bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya düşüb.
Xatırladaq ki, adları çəkilən kredit ittifaqları müvafiq olaraq 2003-cü ildə, 1999-cu ildə və 2010-cu ildə yaradılıb. Onların hər üçünün nizamnamə kapitalı 4 000 manatdır. Kredit ittifaqları müvafiq olaraq Qax, Şəmkir və Bakıda fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə