Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 326,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu barədə SİA-ya Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.
O cümlədən, son 1 ildə muxtar respublikada istehsal olunan bitkiçilik məhsullarının ümumi dəyəri 1,2 % artaraq 179 milyon manat, heyvandarlıq məhsullarının ümumi dəyəri isə 1,1 % artaraq 147,4 milyon manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə