Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 140 milyon 358 min 300 manat vəsait yönəldilib. Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu, bir il öncəki göstəricini 7 % üstələyib.
İstifadə olunan vəsaitin 32 milyon 461 min 800 manatı və ya 23,1 %-i məhsul istehsalı sahələrinə, 29 milyon 233 min 300 manatı və ya 20,8 %-i xidmət sahələrinə, 78 milyon 663 min 200 manatı və ya 56,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 116 milyon 27 min manatı və ya 82,7 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 % çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə