Gələn il əməkhaqqı xərcləri Milli Məclisin smetasının 76,2 faizini təşkil edəcək. SİA-nın məlumatına görə, ümumi xərclərin (51 milyon 851 min 447 manat) 39 milyon 522 min 922 manatı deputatların və Milli Məclis aparatının əməkdaşlarının əməkhaqqısı üçün nəzərdə tutulub.
Gələn ilin xərclər smetasına ev kirayələyən deputatlar üçün 26 min 400 manat, sosial ödənişlər üçün 300 min manat xərc planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə