Bu il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 akselerasiya proqramı reallaşdırıb. SİA xəbər verir ki, bunu Agentliyin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov qurumun builki fəaliyyətinə həsr olunmuş hesabat tədbirində bildirib.
"Bu layihələr çərçivəsində 1 milyon avro investisiya cəlb edilib, 10 "roadshow" səfəri təşkil edilib. Bu səfərlər zamanı 500 min ABŞ dolları məbləğində investisiya və əməkdaşlıq müqavilələri imzalanıb", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə